İqor Tudorla yollarını ayıran "Tottenhem"in yeni baş məşqisi müəyyənləşib.

Matc.az xəbər verir ki, London təmsilçisini Cek Uilşer çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cek Uilşer futbolçu karyerası ərzində 2007-2018-ci illərdə "Arsenal"da çıxış edib. İngiltərəli mütəxəssis son olaraq Çempionşipdə mübarizə aparan "Luton Taun"un baş məşqçisi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest