İngiltərə klublarının transfer siyahısında yer alan Markos Lyorente gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, ispaniyalı futbolçu "Atletiko"da qalacaq. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Lyortente Madrid klubu ilə 2027-ci ilin yayında başa çatmalı olan sözləşməsinin müddətini uzadacaq. Artıq 31 yaşlı sağ cinah müdafiəçisi ilə klub arasında yeni müqavilə üçün danışıqlar başlayıb.

Qeyd edək ki, Markos Lyorente bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 40 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest