"Tottenhem" baş məşqçi İqor Tudor ilə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında dərhal ayrılmaq qərarına gəlib. London klubunun rəhbərliyi Tudor və onun məşqçi heyətinə son həftələrdəki əməklərinə görə təşəkkür edib, həmçinin şəxsi itkisi ilə bağlı ona və ailəsinə dəstək ifadə edib.
Xorvatiyalı mütəxəssis komandaya fevralın 14-də qoşulmuşdu. Onun rəhbərliyi altında "Tottenhem" 7 oyun keçirib, bunların yalnız 1-ni qazanıb, 5-də isə məğlub olub (yeganə qələbə "Atletiko" üzərində 3:2 hesablı oyun idi). Buna baxmayaraq, komanda iki oyunun cəminə görə Çempionlar Liqasından kənarda qalıb.
Qeyd edək ki, hazırda "Tottenhem" Premyer Liqada 31 turdan sonra 30 xalla 17-ci yerdədir.












