Braziliyalı hücumçu Vaqner Lav karyerasını başa vurub.

Matc.az xəbər verir ki, təcrübəli futbolçu bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 41 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib.

Braziliya millisinin sabiq üzvü karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Vaqner Lav "Palmeyras", ÇSKA (Moskva), "Flamenqo", "Lunenq", "Korintians", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat", "Midyullan", "Sport Resife", "Atletiko Qoiyaniense" və "Retro"da çıxış edib. Forvard Braziliya yığmasının heyətində keçirdiyi 20 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest