"Qalatasaray"ın baş direktoru Eray Yazqan Çempionlar Liqasında "Liverpul"a 4:0 hesabı ilə məğlub olduqları oyunda yarımmüdafiəçi Noah Lanqın zədələnməsindən sonra klubun "Liverpul"u məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "HT Spor" paylaşıb.

"Oyundan sonra UEFA nümayəndələrinə şikayət etdik. Onlar araşdırma apardılar. UEFA vəziyyəti qiymətləndirəcək. Vəkillərimizlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik.

Tələblərimiz yerinə yetirilməsə, məhkəməyə müraciət edə bilərik. Mütləq prioritetimiz oyunçuların sağlamlığıdır... Pul ikinci dərəcəlidir. Bundan əlavə, bu məsələdə təqsiri olanları məsuliyyətə cəlb edəcəyik", - deyə Yazqan açıqlama verib.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində Lanq meydanın kənarındakı reklam lövhəsinə çırpılaraq barmağını zədələyib. Barmağı qanayan futboluçunu xərəklə meydandan çıxarıblar. Lanqın barmağının ciddi zədə aldığı bildirilir. Yarımmüdafiəçinin əməliyyat olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest