"Milan" Səudiyyə Ərəbistanının "Əl-Qadisiyah" və İtaliya millisinin hücumçusu Mateo Retequini transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, İtaliya klubunun idman direktoru İqli Tare artıq 26 yaşlı futbolçunun agenti ilə görüşüb. Bundan sonra klub "Əl-Qadisiyah"dan hücumçunun mümkün transferi ilə bağlı məlumat istəyib.

Retequi əvvəllər İtaliyada "Cenoa" və "Atalanta"da oynayıb və 2025-ci ilin iyul ayında Səudiyyə Ərəbistanına keçib. Ötən mövsüm hücumçu 25 qolla A Seriyanda ən çox qol vuran oyunçusu olub.

Bu mövsüm Retequi "Əl-Qadisiyah"da bütün yarışlarda 28 oyun keçirib, 18 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest