"Porto"nun müdafiəçisi Tiaqo Silva karyerasında 1000-ci oyununu keçirib.

Matc.az xəbər verir ki, 41 yaşlı futbolçu Avropa Liqasının 1/8 final mərhələsində "Ştutqart"a qarşı cavab oyununda (2:0, ilk oyun 2:1) meydana çıxıb.

Braziliyalı futbolçu "RG Futbol"da 25, "Yuventude"də 30, "Porto B"də 14, "Fluminense"də 212, "Milan"da 119, PSJ-də 315, "Çelsi"də 156, "Porto"da 8, Braziliya millisində 113 və Olimpiya komandasında 8 oyun keçirib.

Silva karyerası ərzində 31 kubok qazanıb, o cümlədən "Çelsi" ilə Çempionlar Liqası və Braziliya millisi ilə Amerika Kubokunu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest