19 Mart 2026, 18:16
FUTBOL
"Aston Villa" Premyer Liqa nəhənglərinin transfer siyahısında yer alan Morqan Rocersin qiymətini müəyyənləşdirib.
Matc.az xəbər verir ki, Birmingem təmsilçisi İngiltərə millisinin üzvü üçün yüksək məbləğdə təzminat tələb edəcək. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Klub 23 yaşlı hücumameyilli yarımmüdafiəçiyə 100 milyon funt-sterlinq qiymət qoyub. Bu məbləğdən aşağı olan təkliflər dəyərləndirilməyəcək.
Qeyd edək ki, Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.


_1773948853.jpg)





_1773939224.jpg)



