Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Con Stounz Premyer Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bir neçə klub yayda azad agent statusunda olacaq ingiltərəli futbolçu ilə maraqlanır. 31 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmağa ən yaxın olan klub "Everton"dur. Təcrübəli oyunçu özü də Mersisayd təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, Con Stounz bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest