İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın dünya çempionatını boykot etməyəcəyini təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə "Al Jazeera" televiziyası məlumat yayıb.
Onun sözlərinə görə, siyasi gərginliyə baxmayaraq, İran tərəfi oyunların ABŞ ərazisindən Meksikaya keçirilməsi variantını nəzərdən keçirir. Artıq bu istiqamətdə danışıqlar aparılır.
Milli komanda hazırda Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində mundiala hazırlaşır. Toplanış zamanı iki yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Tac eyni zamanda vurğulayıb ki, ölkənin ABŞ ilə bağlı mövqeyi prinsipial olaraq qalır. Lakin bu, milli komandanın dünya çempionatında iştirakına təsir etməyəcək.
Bundan əvvəl İranın idman naziri Əhməd Dünyamalı yığmanın DÇ-2026-da iştirak etməyəcəyini bildirmişdi. O, həmçinin FIFA-nı ABŞ-nin turnirə ev sahibliyi hüququndan məhrum etməyə çağırmışdı. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika tərəfindən birgə təşkil olunacaq.



_1773939224.jpg)








