19 Mart 2026, 13:42
FUTBOL
"Real"ın qapıçısı Tibo Kurtuanın zədəsi ciddidir.
Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Belçikalı qolkiperin ayaq əzələsinin yırtıldığı bildirilir. UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab matçında (2:1) zədələnən 33 yaşlı "əlcək sahibi"nin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, Tibo Kurtua bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 41 oyunda meydana çıxıb.












