19 Mart 2026, 16:39
FUTBOL
"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu karyerasını Belçikada davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Anderlext" türkiyəli vingerin xidmətində maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Bənövşəyi-ağlar" Ahmedi icarəyə götürmək istəyir. İstanbul təmsilçisində forma şansı qazana bilməyən 26 yaşlı futbolçu özü Belçikaya yollanmağa isti yanaşır.
Qeyd edək ki, Ahmed Kutucu bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 15 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












