19 Mart 2026, 12:14
FUTBOL
"Qalatasaray"ın heyətində ciddi itkilər baş verib.
Matc.az xəbər verir ki, Viktor Osimhenlə Noa Lanq sıradan çıxıblar. Hər iki futbolçu UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"la cavab görüşündə zədələnib.
Osimhenin qolu sınıb. Nigeriyalı hücumçu fasilədə əvəzlənib. O, əməliyyat olunacaq. Noa Lanqın barmağı reklam lövhəsinin arasında qalıb. Niderlandlı vinger oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, qarşılaşma "Liverpul"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. İki matçın nəticəsinə görə 4:1 hesablı üstünlük əldə edən İngiltərə təmsilçisi 1/4 finala adını yazdırıb.








_1692637766.png)



