06 Mart 2026, 09:20
FUTBOL
"Roma"nın hücumçusu Doniel Malen A Seriyasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.
Malen səsvermədə "Sassuolo"nun hücumçusu Domeniko Berardi, "Atalanta"nın qapıçısı Marko Karnesekki, "İnter"in müdafiəçisi Federiko Dimarko, "Fiorentina"nın hücumçusu Moise Kean və "Yuventus"un yarımmüdafiəçisi Veston Makkennini geridə qoyub.
Qeyd edək ki, niderlandlı hücumçu ötən ay A Seriyasında 4 oyununda 4 qol vurub.












