05 Mart 2026, 21:30
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Li Kan İn "Atletiko"nun marağına səbəb olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Matteo Moretto paylaşıb.
Bildirilir ki, cənubi koreyalı yarımmüdafiəçi Madrid klubunun 2026-cı ilin yay mövsümü üçün əsas transfer namizədlərindən biridir.
Komandalar bu qış oyunçunun transferini müzakirə etsələr də, razılığa gələ bilməyiblər.
Eyni zamanda, PSJ 25 yaşlı futbolçunun 2028-ci ilin yayına qədər olan müqaviləsini uzatmaq istəyir.
Qeyd edək ki, Kan İn bu mövsüm Paris klubunda 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.












