25 Fevral 2026, 12:55
FUTBOL
"Arsenal" "Bayer"dən icarəyə götürdüyü Pyero İnkapyenin transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Ekvadorlu mərkəz müdafiəçisinin performansı baş məşqçi Mikel Artetanı qane edir. London təmsilçisi 24 yaşlı futbolçu üçün 50 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, Pyero İnkapye bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












