"Real" əsas hücumçusu Kilian Mbappeni bir neçə oyunluq itirmək təhlükəsi ilə üzləşib.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, fransalı futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə cavab qarşılaşmasından əvvəl oyunöncəsi məşqləri erkən başa vurub. 27 yaşlı hücumçu dizindən zədə alıb. Madrid klubu hesab edir ki, Mbappe bir neçə oyun komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Mbappe bu mövsüm "Real"da 33 oyununda meydana çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest