"Bu gün daha yaxşı futbol oynamaq və əsl "Qarabağ"ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq".

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra açıqlama verib.

Matc.az xəbər verir ki, o, "Nyukasl"la cavab oyununda müsbət mənada fərqli çıxış etdiklərini bildirib:

"Düşünürəm ki, ilk və cavab oyunu arasında fərqlər çox idi. Bu komandaya qarşı iki fərqli oyun keçirdik. Amma bu gün daha yaxşı futbol oynamaq və əsl "Qarabağ"ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq. Yaxşı çıxış etməyimiz, azarkeşlərimiz üçün çox önəmlidir. Yaxşı oyun nümayiş etdirdik və iki qol vurduq. İlk matçdakı böyükhesablı məğlubiyyətdən sonra bu, önəmli idi. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan toparlana bildik".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest