25 Fevral 2026, 14:36
FUTBOL
Azərbaycan klubları arasında ən yüksək nəticə "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədədir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klublar üzrə son 5 ilin dünya reytinqini açıqlayıb.
Matc.az xəbər verir ki, Azərbaycan klubları arasında ən yüksək nəticə "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədədir.
Digər klublarımızın mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1753 xalla "Real" başçılıq edir.












