PSJ Joau Neveşin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbəər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2029-cu ilin yayına kimi idi.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Joau Neveş bu mövsüm Paris təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest