"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, "qara qartallar"ın müdafiəçisi Emirhan Topçu sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisi Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında (4:0) ayaq əzələsindən zədə alıb.

Qeyd edək ki, Emirhan Topçu bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 24 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest