“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Matc.az xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.

O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Coy-Lens çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.

Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız “Sabah”ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.

Qeyd edək ki, Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest