Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Flamurtari" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal bu bu matın iştirakçısı olub. Görüşə start heyətində başlayan 30 yaşlı hücumçu 83-cü dəqiqədə əvəzlənib.

Xallarını 36-ya yüüksəldən "Partizani" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest