18 Fevral 2026, 13:53
FUTBOL
"Nyukasl"ın hücumçusu Nik Voltemade vətəninə qayıtmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
24 yaşlı forvard İngiltərəyə uyğunlaşa bilməyib və komandadakı statusundan narazıdır. Almaniyalı futbolçu son vaxtlar start heyətindəki yerini itirib.
Voltemadenin sabiq klubu "Ştutqart"a qayıtmaq istədiyi deyilir. Lakin onun prioritet variantı "Bavariya"ya keçməkdir.
Qeyd edək ki, Nik Voltemade "Nyukasl"ın heyətində bütün yarışlarda 38 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.







_1771417731.jpg)




