"Onun texniki bacarıqları və işgüzarlığı bizim oyun üslubumuza yaxşı uyğun gəlir. Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə qazanıb".

"Kolambus Krü"nün baş meneceri İssa Toll Nəriman Axundzadənin transferi haqda danışıb.

Matc.az xəbər verir ki, klub rəsmisi MLS təmsilçisinin rəsmi saytına verdiyi açıqlamada azərbaycanlı hücumçunun bacarıqlarının onların oyun üslübuna uyğun gəldiyini bildirib:

“Nəriman fərqli bacarıqlara malikdir. O, komandamıza əlavə keyfiyyət qatacaq. Onun texniki bacarıqları və işgüzarlığı bizim oyun üslubumuza yaxşı uyğun gəlir. Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə qazanıb. Biz onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda inkişafını görməyi səbirsizliklə gözləyirik.”

Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Krü" ilə 3,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest