"Arsenal"ın hücumçusu Qabriel Jesus "Milan"ın diqqət mərkəzindədir.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

"Rossonerlər" bu yay hücum xəttini gücləndirmək istəyir, çünki hücumçu Santyaqo Ximenesin klubdan ayrılacağı gözlənilir. Braziliyalı futbolçu isə İtaliya klubunun transfer siyahısındakı əsas namizədlərdən biridir.

Qeyd edək ki, bu mövsüm Jesus bütün yarışlarda 16 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest