10 Fevral 2026, 10:39
FUTBOL
Fransanın "Renn" klubu baş məşqçi Həbib Beye və onun köməkçiləri Olivye Saraqali, Sebastyan Biçard və Yann Kavezzaya qarşı intizam icraatı başladıb.
Matc.az xəbər verir ki, məşqçilər heyəti proseslərin nəticəsinə qədər vəzifələrindən kənarlaşdırılıblar.
Sebastyan Tambouret, Pyer-Aleksandr Lelievr və Maksim Le Marşan əsas komandanın müvəqqəti məşqçiləri təyin ediliblər. Onların vəzifə müddətləri istintaqın nəticələrinə əsasən müəyyən ediləcək.
Bu qərar komandanın Fransa çempionatında "Monako"ya (0:4) və Fransa Kubokunda "Marsel"ə (0:3) məğlubiyyətləri də daxil olmaqla, bir sıra uğursuz nəticələrlə əlaqədar verilib.












_1770737324.png)