Kolumbiyalı yarımmüdafiəçi Ceyms Rodriqes "Minnesota Yunayted" komandasına keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı MLS klubunun mətbuat xidməti paylaşıb.

Futbolçu yeni klubuna azad agent kimi keçib. Onun müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub, lakin klub tərəfindən dekabr ayına qədər uzatmaq imkanı da var.

Rodriqes son olaraq Meksikanın "Leon" klubunda oynayıb. O, 2025-ci ilin noyabr ayında komandadan ayrılıb.

Rodriqes karyerası ərzində "Enviqado", "Banfild", "Porto", "Monako", "Real", "Bavariya", "Everton", "Əl-Rayyan", "Olimpiakos" və "San Paulo" klublarında da oynayıb.

O, Kolumbiya milli komandasında 112 matçda 29 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest