İngiltərəli vinger Liqa Kubokunun yarımfinal mərhələsinin "Mançester Siti" ilə matçında (1:3) zədələnib. 24 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 44-cü dəqiqədə əvəzlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" ciddi itki ilə üzləşib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin liderlərindən olan Entoni Qordon sıradan çıxıb.

İngiltərəli vinger Liqa Kubokunun yarımfinal mərhələsinin "Mançester Siti" ilə matçında (1:3) zədələnib. 24 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 44-cü dəqiqədə əvəzlənib.

Baş məşqçi Eddi Hau Qordonun əzələsi zədəsi aldığını deyib. Zədənin ciddiliyi tibbi müayinədən sonra məlum olacaq.

Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 33 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu ayın 21-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest