İtaliyanın "Napoli" klubunun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Neapol təmsilçisinin kapitanı Covanni Di Lorentso sııradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı futbolçu dizində olan zədəyə göörə əməliyyat olunacaq. 32 yaşlı sağ cinah müdafiəçisinin yaşıl meydanlara qayıdacağı tarixlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Covanni Di Lorentso bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest