"Fənərbaxça" "Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kanteni transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" fransalı futbolçu üçün Səudiyyə Ərəbistanı klubuna təzminat ödəməyib. Türkiyə təmsilçisi 34 yaşlı dayaq yarımmüdafiəçisinə 14 milyon avro imza pulu verəcək. Fransa millisinin üzvü ilə 2,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Nqolo Kante bu mövsüm "Əl-İttihad"in heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest