Mauro İkardi adını "Qalatasaray"ın tarixinə yazdırıb.

Matc.az xəbər verir ki, argentinalı hücumçu Türkiyə Kuboku qrup mərhələsinin 3-cü turunun "İstanbulspor"la matçında fərqlənməklə buna nail olub.

İkardi İstanbul təmsilçisinin heyətində ən çox qol vuran əcnəbi futbolçudur. 32 yaşlı forvard 118 matçda 73 dəfə qol sevinci yaşayıb. O, 72 qolu olan əfsanəvi Georgi Hacini qabaqlayıb.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest