"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Dayo Upamekano ilə ortaq məxrəcə gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi Münhen klubunun yeni sözləşmə təklifini qəbul edib. Yaxın günlərdə 27 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 26 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest