"Barselona"nın 19 yaşlı mərkəz yarımmüdafiəçisi Mark Bernal klubla yeni müqavilənin müddəti barədə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, gənc istedad Kataloniya təmsilçisi ilə 2031-ci ilin iyununa qədər qüvvədə olacaq uzunmüddətli yeni sözləşmə imzalamağa razılıq verib. Bernalin agentləri və klubun idman direktoru Deku müqavilənin bütün detallarını tam şəkildə dəqiqləşdiriblər.
Rəsmi imza mərasiminin növbəti həftə reallaşacağı və bundan sonra ispaniyalı yarımmüdafiəçinin maaşının əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir.
Bernal Kataloniya klubunun yetirməsidir və 2014-cü ildən bəri komandanın strukturunda yer alır. Gənc futbolçu cari mövsümdə meydana çıxdığı 8 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.













