Иллан Мелье

"Lids Yunayted"in qapıçısı İlyan Melye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Beşiktaş" fransalı qolkiperin xidmətində maraqlıdır. İstanbul təmsilçisinin rəhbərliyi Melyenin meneceri ilə görüşüb transfer şərtlərini müzakirə edib.

Bu mövsüm "Lids Yunayted"in heyətində bir oyunda belə meydana çıxmayan 25 yaşlı "əlcək sahibi" "Beşiktaş"a keçməyə isti yanaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest