"Mingəçevir" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, Mingəçevir klubu "Kəpəz"dən ayrılan futbolçu Şahmar Aşurovu heyətinə qatıb.

21 yaşlı hücumçu ilə cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, "Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev və Əkbər Eyubovu transfer edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest