"Ayaks" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi "Veles Sarsfild"dən Maer Karrisonu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Ayaks" Argentina U-20 millisinin üzvü üçün onun klubuna 5,9 milyon avro təzminat ödəyib. 19 yaşlı vingerlə 4,5 illik müqavilə imzlanıb.

Qeyd edək ki, Maer karriso "Veles Sarsfild"in yetirməsidir. Gənc oyunçu 2024-cü ildən əsas komandada çıxış etməyə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest