03 Fevral 2026, 21:02
FUTBOL
"Mançester Yunayted" gənc futbolçusu Seku Koneni icarəyə verib.
Matc.az xəbər verir ki, "qırmızı şeeytanlar" malili yarımmüdafiəçini "Lozanna Sport"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək İsveçrə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Seku Kone "Mançester Yunayted"in gənclər komandasının üzvüdür.












