01 Fevral 2026, 13:04
FUTBOL
Fransanın "Anje" klunun hücumçusu Sidiki Şerif "Fənərbaxça"ya keçir.
Matc.az xəbər verir ki, fransalı forvard ötən gecə İstanbula gəlib.
Bildirilir ki, İstanbul klubu Şerifin icarəsi üçün "Anje"yə 4 milyon avro ödəyəcək. Hücumçunun müqaviləsində mövsümün sonunda 18 milyon avroya satınalma və əlavə olaraq performansa bağlı 3 milyon avroluq bonus maddəsi də yer alıb.
19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Sidiki Şerif "Anje"nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisində 20 rəsmi matçda 4 qol vurub.












