01 Fevral 2026, 12:39
FUTBOL
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında daha bir nailiyyətə imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
"Qırmızılar"ın dünən Premyer Liqanın 24-cü turunda evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda Salah Virtsin üçüncü qolunun ötürməsini edib.
Misirli oyunçu üçün bu, onun "Enfild"dəki 152-ci məhsuldarlığı olub. Salah bir stadionda əldə etmiş olduğu bu statistikaya görə rekorda imza atmış olub.
Qeyd edək ki, "Arsenal" və "Mançester Yunayted" sabiq hücumçuları Tyerri Anri və Ueyn Runinin "Hayberi" və "Old Trafford"da 151 qolu var.
Ümumilikdə, Salah bu mövsüm "Liverpul"da 24 matçda 6 qol vurub və 6 ötürmə edib.












