"Liverpul" Niderland millsinin sağ cinah müdafiəçisi Lyutsxarel Qertreyd ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirlir ki, ingilis klubunun Qertreyd ilə maraqlanmasına səbəb, baş məşqçi Arne Slotun müdafiəçini "Feyenoord"dakı vaxtından tanımasıdır.

25 yaşlı "Leypsiq"in oyunçusu hazırda "Sanderland"də icarədədir.

Qeyd edək ki, Qertreyd bu mövsüm bütün yarışlarda 18 oyunda meydana çıxıb, lakin qol vura bilməyib. Onun alman klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qertreyd Niderland millisində 19 oyun keçirib. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest