31 Yanvar 2026, 15:20
FUTBOL
Misli və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi olan Ryonosuke Ohori mükafatlandırılıb.
Misli və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi olan Ryonosuke Ohori mükafatlandırılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı PFL-in mətbuat xidməti paylaşıb.
"Kəpəz" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XVIII turunun "Kəpəz" – "Şamaxı" görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.












