"Arsenal"ın idarə heyəti Mikel Artetanın gələcəyi ilə bağlı çətin bir qərar qəbul edib. London klubu bu mövsüm Premyer Liqa çempionu ola bilməsə, məşqçi ilə yollarını ayırmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Give Me Sport" paylaşıb.
Bildirilir ki, klub bu ultimatumun haqlı olduğuna inanır. Komandanın heyəti, resursları və hazırkı vəziyyəti nəzərə alınmaqla, çempionluqdan aşağı hər hansı bir nəticə qəbuledilməzdir.
"Arsenal" çempionatda lider olsa da, son nəticələri narahatlıq doğurur. Onlar son 4 oyundan yalnız birində qalib gəliblər. "Liverpul" və "Nottingem Forest"lə heç-heçələr, eləcə də "Mançester Yunayted"ə evdə 2:3 hesablı məğlubiyyət komandaya təzyiqi xeyli artırıb.
Qeyd edək ki, komanda hazırda 24 oyundan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir.












