"Əl-İttihad"ın hücumçusu Kərim Benzema təklif olunan müqavilədən narazı qaldığı üçün Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı futbolçu Avropa futboluna qayıtmağı və ya MLS komandasına keçməyi düşünür.

Daha əvvəl fransız hücumçunun müqavilə mübahisəsi səbəbindən "Əl-Fateh"ə (2:2) qarşı matçda oynamaqdan imtina etdiyi bildirilirdi.

Qeyd edək ki, Benzema 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanı klubunda oynayır. Bu mövsüm o, bütün yarışlarda 21 oyunda meydana çıxıb və 16 qol vurub.

Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalındakı hücumçunun dəyəri 6 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest