01 Fevral 2026, 12:28
FUTBOL
"Fənərbaxça" və Xorvatiya milli komandasının qapıçısı Dominik Livakoviç icarə əsasında Zaqreb "Dinamo"suna qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya klubunun mətbuat xidməti yayıb.
Müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq, lakin klubun satın alma seçiminin olub-olmayacağı məlum deyil.
Qeyd edək ki, Livakoviç 2015-ci ildən 2023-cü ilə qədər Zaqreb "Dinamo"sunda oynayıb. O, klubda 293 oyun keçirib, 233 qol buraxıb və 138 dəfə qapısını toxunulmaz saxlayıb.
Livakoviç həmçinin 2017-ci ildən bəri Xorvatiya milli komandasında daimi oyunçudur və milli komandada 71 oyun keçirib.












