"Beşiktaş" "Liverpul"un müdafiəçisi Konstantinos Tsimikasın transferi ilə bağlı tam razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Santi Auna paylaşıb.

Türkiyə klubu hazırda yunan millisinin üzvü ilə "Latsio"nun oyunçusu Nuno Tavares arasında seçim edir. "Beşiktaş"ın yaxın 24-48 saat ərzində qərar verməsi gözlənilir.

İstanbul klubu həmçinin "Liverpul"un qapıçısı Giorgi Mamardaşvilini cari mövsümün sonuna qədər 2 milyon avroya icarəyə götürməyi və müqavilənin uzadılmasını təklif da edib.

Qeyd edək ki, ötən yaydan bəri Tsimikas "Roma"da icarədədir. O, bütün turnirlərdə 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Mamardaşvili isə bu mövsüm 11 oyunda iştirak edib və 3 dəfə qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest