28 Yanvar 2026, 20:19
FUTBOL
Çempionlar Liqası matçı ərəfəsində "Napoli" fanatları ilə toqquşmadan sonra iki "Çelsi" azarkeşi xəstəxanaya yerləşdirilib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, bir "Çelsi" azarkeşi bıçaqlanıb. Həmçinin italyanların ingilis azarkeşlərinə dəmir "beş barmaq"lar və beysbol dəyənəkləri ilə hücum etdiyi barədə məlumatlar da yayılıb.
"Çelsi" xəsarətlərin həyati təhlükə yaratmadığını bildirib və bütün azarkeşlərini Neapolda son dərəcə ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, "Napoli" – "Çelsi" arasında oyun bu gün saat 00:00-da keçiriləcək.
Londonlular hazırda Çempionlar Liqası turnir cədvəlində 8-ci yerdədir, "Napoli" isə 25-ci sırada qərarlaşıb və turnirlə vidalaşa bilər.












