II Liqanın iddialı komandalarından "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Xankəndi" son klubu "Şəki Siti" olan Qurban Məhərrəmovu transfer edib. 24 yaşlı qapıçı ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Əlavə edək ki, "Xankəndi" hazırda II Liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest