"Monako" 6 aydır tam fiziki hazırlıq səviyyəsinə çatmayan yarımmüdafiəçisi Pol Poqba üçün klubların təkliflərini nəzərdən keçirməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, klub fransız futbolçunun təcrübəsi və oyun qabiliyyəti ilə bağlı gözləntilərinin doğrulmadığını etiraf edib və buna görə də onu tərəddüd etmədən istənilən kluba satmağa hazırdır.
Xatırladaq ki, Poqba 18 aylıq dopinq qadağasından sonra "Monako" ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu mövsüm o, Liqa 1-də 3 oyunda cəmi 30 dəqiqə oynayıb.
Yarımmüdafiəçi dekabr ayından zədəlidir. "Monako"nun baş məşqçisi Sebastian Pokonyoli də Poqbanın fiziki hazırlığı ilə bağlı narahatlığını bildirib.












