"Vilyarreal"ın yarımmüdafiəçisi Pap Qeye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Qalatasaray" seneqallı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Qeye ilə 4 illik müqavilənin şərtlərini razılaşdırıb. İspaniya klubu ilə razılıq əldə olunsa, 27 yaşlı dayaq yarımmüdafiəçisi "sarı-qırmızılar"ın oyunçusu olacaq.ə

Qeyd edək ki, Pap Qeye bu mövsüm "Vilyarreal"ın heyətində bütün turnirlərdə 22 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest